"Söz insanı həm güldürür, həm kədərləndirir" | Novxanı sakininin düşündürən həyat hekayəsi
Free with YouTube's ads, posted by Baku TV (Baku.TV)
It plays in YouTube's player, loaded from youtube-nocookie.com only when you press Play. From then on YouTube's player runs on this page: it shows YouTube's ads, YouTube receives your address and this page's, and its player may keep its own cookies and storage on your device. Pressing Play means you agree to be bound by YouTube's Terms of Service and accept this site's privacy notice, which says what this site keeps; Google's Privacy Policy covers what YouTube collects.
Add to the wallWatch on YouTubeBaku TV on YouTubeBaku.TV
Clips are not offered for films in YouTube's player: YouTube's terms allow no copies of its videos (YouTube API Services Developer Policies, III.E.1).
About this recording
“O vaxtlar” verilişinin budəfəki qonağı Novxanı sakini, şair Əziz Əliyev olub. Əziz Əliyev verilişdə uşaqlıq xatirələrindən, şairliyə gəlişindən, Novxanıya və Azərbaycana olan sevgisindən, eləcə də meyxana məclislərində yaşadığı maraqlı hadisələrdən danışıb. Şair gənclik illərində öz kəndində şeir söyləməyə çəkindiyini, lakin qarabağlıların dəstəyi ilə ilk dəfə toy məclisində çıxış etdiyini xatırlayıb: “Novxanı camaatının boynumda o qədər haqqı var ki, mən onu qaytara bilmərəm. Bu kəndin sakinlərindən biri məni kitaba çıxartdı, biri də götürüb Xırdalana apardı, orada ağır bir imtahan verdim. Mən öz kəndimdə çıxış etməyə utanırdım. Həmin insanlar mənə dəstək oldular, həvəsləndirdilər”. Əziz Əliyev meyxana məclislərində iştirak etdiyi dövrdən, tanınmış meyxanaçılarla ilk görüşündən və onların göstərdiyi münasibətdən də söz açıb: “Rəşad Dağlı, Aydın Xırdalanlı, Kərbəlayi Vüqar orada əyləşmişdilər. Yaxınlaşdım, salamladım və dedim ki, belə bir qafiyə ilə öz sözlərimi demək istəyirəm, mənə toxunmazsınız ki? Dedilər, qorxma, sənə burada söz deyəni sözlə parça-parça edəcəyik”.
Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E
https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv
❂❂❂❂❂
2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #bakutvxəbər #gündəm
baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan
The title, description, picture, length, category, ratings, broadcast times, where it plays and whether it is made for kids come from YouTube. The rights holder named, how it was checked, what it is by its own title or playlist, and which profiles see it are this site's own.