Asya Podcast
Asya Rustamli
11 episodes · in order
Asya Podcast - özünü, seçimlərini və həyatını daha dərindən anlamaq rifahını yüksəltmək istəyənlər üçün yaradılmış bir məkandır.
More about the show
Burada pul, münasibətlər, özünüdəyər, kimlik, daxili proqramlar, emosional reaksiyalar, bolluq və həyat standartları haqqında açıq danışırıq.
Bəzən illərlə dəyişməyə çalışdığımız həyatın arxasında sadəcə dəyişməyən bir düşüncə, köhnə bir strategiya və ya artıq bizə xidmət etməyən bir kimlik dayanır.
Bu podkastda məqsəd sənə necə yaşamalı olduğunu demək deyil. Məqsəd özünü daha yaxşı eşitməyin, suallar verməyin və həyatını daha şüurlu şəkildə seçməyin üçün yeni baxış bucaqları açmaqdır.
🎙️ Yeni epizodlarda real təcrübələr, şəxsi müşahidələr, düşündürən suallar və fərqli perspektivlər olacaq.
“Daxilində nədirsə, çöl dünyanda da odur” - bu podkast cəsurlar üçündür.
Episodes
-
#01: Ozempik istifadəçiləri, lotoreya qazananlar, birdən-birə zəngin insanla ailə quranlar və fortunanı döndərdiyini sananlar haqda ŞOK MƏLUMATLAR
Ozempik istifadəçiləri, lotoreya qazananlar, birdən-birə zəngin insanla ailə quranlar və fortunanı döndərdiyini sananlar haqda ŞOK MƏLUMATLAR “Tez olsun. Asan olsun. Bir dəfə edim və həyatım dəyişsin.” Sürətli nəticə…
-
#02:Arzuladığım həyata çata bilmək üçün ödədiyim 10 bədəl
Bəzən arzuladığımız həyatla aramızda pul, imkan və ya şans yox — illərdir içimizdə daşıdığımız köhnə proqramlar dayanır. Bu bölümdə həyatımın fərqli mərhələlərində özümdə görüb dəyişdirməli olduğum daxili…
-
#03: Transformativ bir podkast
Bəzən irəli getmək üçün həyatımıza daha çox şey əlavə etməyə yox, bəzi şeyləri oradan çıxarmağa ehtiyacımız var. Bu bölümdə yeni bir mərhələyə keçərkən buraxmalı olduğumuz şeylərdən danışıram: artıq bizə uyğun olmayan…
-
#04: Zəngin olmaq üçün təlimlərə qatılıram, amma olmur
“Zəngin olmaq üçün təlimlərə qatılıram, amma yenə də zəngin olmuram.” Bəs problem həqiqətən təlimlərdədir? Bu bölümdə pul mövzusunda özünüinkişafa yanaşarkən etdiyimiz əsas səhvlərdən danışıram. Bir təlimə qatılıb…
-
#05: Özünə zənginliyi icazə vermək niyə bu qədər çətindir?
Özünə zənginliyi icazə vermək niyə bu qədər çətindir? “Əlimdəkilərə şükür etməliyəm.” “Bu qədərini istəmək ayıbdır.” “Onsuz da mənə bu da kifayətdir.” Bəs şükür etmək həqiqətən daha çoxunu istəməmək deməkdir? Bu…
-
#06: Emosiyalarımız necə zənginliyimizə və rifahımıza mane olur?
Həyatımızı seçimlərimiz, seçimlərimizi isə emosional fonumuz formalaşdırır. Uşaqlıqdan və keçmiş təcrübələrdən gələn emosional proqramlar bizə tanış olan insanları, işləri və imkanları seçməyimizə səbəb olur. Hətta…
-
#07: Niyə Kiçik Pulların Arxasınca Qaçırıq, amma Böyük Sərvətdən Qorxuruq?
Ah, dostlar… ❤️ Heç düşünmüsünüzmü, niyə 100 manat qazanmaq üçün dərhal hərəkətə keçirik, amma 100.000 manatlıq imkanlar yaratmaq üçün eyni həvəsi göstərmirik? Niyə kiçik və sürətli qazanc bizə bu qədər cəlbedici…
-
#08: Müştəri Hekayəsi - Asılılıqdan azad oldum!
Bir insan özünə olan inamını bərpa etdikdə həyatı nə qədər dəyişə bilər? ❤️ Bu dəfə müştərimlə asılılıqdan azad olmaq, özünəinamı yenidən qazanmaq, iş həyatına başlamaq və illərlə istifadə olunmamış potensialını üzə…
-
#09: Sıfırdan İşini Qurdu və Ailə Münasibətlərini Düzəltdi
Bir zamanlar sevmədiyi işdə çalışan, ailə münasibətlərində çətinliklər yaşayan və öz potensialını tam reallaşdıra bilməyən bir qadın… Bu gün isə öz qərarlarını verən, əvvəlki işindən ayrılaraq sıfırdan kouçinq…
-
#10: Autizmli Oğlu ilə Depressiyadan - Öz Biznesimi Qurmağa
Bir zamanlar bütün həyatını autizmli oğlunun qayğılarına həsr edən, öz arzularını və potensialını unudan bir ana… Bu gün isə autizmli uşaqların qidalanması üzrə ixtisaslaşaraq öz işini quran, həyatına yenidən məna və…
-
#11: MÜŞTƏRİ HEKAYƏSİ: Gənc yaşda öz potensialını və həyat məqsədlərini kəşf etdi
Bəzən insanın ən böyük problemi nə istədiyini bilməməsi deyil, öz potensialını görməsinə mane olan daxili qorxuları və məhdudlaşdırıcı inanclarıdır. Bu podkastda gənc yaşda özünü tanımaq, həyat məqsədlərini…
More in Education
Mick Unplugged
Mick Hunt
We!
Joe Mittiga · Not checked: its host turns away this site's checks
The Mel Robbins Podcast
Mel Robbins
Makes Sense - with Dr. JC Doornick
Dr. JC Doornick "The Dragon"
The Jamie Kern Lima Show
Jamie Kern Lima
Life is an Inside Job with Coach Mike Basevic
Coach Mike Basevic
Becoming UnDone® with Dr. Toby Brooks
Dr. Toby Brooks
Law of Attraction SECRETS
Natasha Graziano
THE ED MYLETT SHOW
Ed Mylett
Ready For Love with Hilary Silver
Cloud10
IMO with Michelle Obama and Craig Robinson
Higher Ground
Building Champions for Life
Kirk Spahn
Shows are listed from Apple Podcasts' charts and directory, and Podcast Index where it is used. Every show and episode belongs to its publisher and plays from the publisher's own feed; this site hosts none of them. Explicit shows are for adult profiles only, and children’s profiles hear only children’s shows. More about this list.