Manaf Süleymanov - Eşitdiklərim, oxuduqlarım, gördüklərim (TAM KİTAB) 7-Cİ HİSSƏ
· 47 min
Episode Manaf Süleymanov - Eşitdiklərim, oxuduqlarım, gördüklərim (TAM KİTAB) 7-Cİ HİSSƏ
“Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabı Bakının qədim keçmişindən, inqilab dövründə neft səltənətində baş verən hadisələrdən, Bakının kəşməkəşli günlərindən bəhs edir. Bu əsər nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şeydən əvvəl, həyat həqiqətidir. Bakının neft bumu dövründən başlamış Sovet ittifaqının qurulmasına qədər olan dövr haqqında bədii salnamədir. O dövrün möhtəşəm sarayları, imarətlər, qumarxanalar, gecə klubları, neft fontanları, qara qızıl çayları, bazarlar, karvansaralar, yanğınlar, tətillər, nümayişlər, qanlı toqquşmalarını göstərən bir güzgüdür. Bu kitab sovet dövrünün süqutu ərəfəsində kult kitablardan biri hesab olunurdu. Təkrar-təkrar tirajla nəşr olunaraq 500 000 ədəd satılmışdır. Bakı haqqında hələ də belə səmimi, ürəkdən yazılan bir kitab yoxdur.
Shows are listed from Apple Podcasts' charts and directory, and Podcast Index where it is used. Every show and episode belongs to its publisher and plays from the publisher's own feed; this site hosts none of them. Explicit shows are for adult profiles only, and children’s profiles hear only children’s shows. More about this list.