# "Sən öz bacına edirsən bunu?!" | Həbsdəki qohumunun arvadına göz dikən dostunu öldürdü - KRİMİNAL

Free with YouTube's ads, posted by Baku TV.

“Kriminal” verilişində bu dəfə 2024-cü il oktyabrın 27-də Qaradağ rayonunun Ələt qəsəbəsində baş vermiş qətl hadisəsinin təfərrüatları diqqətə çatdırılıb. Həmin gün 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovun bıçaq xəsarətləri alaraq ölməsi barədə polisə məlumat daxil olub. İstintaq materiallarına əsasən, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli bibisi oğlunun həyat yoldaşı Güldanə Əhmədovanın telefonunda qonşuluqda yaşayan Rüfət Rüstəmovun nömrəsini görüb. Bundan şübhələnərək onunla görüşməyə qərar verib. Aralarında yaranan mübahisədən sonra onlar avtomobillə Ələt-Salyan yolunun 6-cı kilometrliyinə gediblər. Burada baş verən dava zamanı Əliəkbər Səmədli ov bıçağı ilə Rüfətə çoxsaylı zərbələr endirib. Ağır xəsarətlərlə xəstəxanaya çatdırılan Rüfətin həyatını xilas etmək mümkün olmayıb. Hadisədən sonra Əliəkbər bıçağı polisə təhvil verərək qətli törətdiyini etiraf edib. Məhkəmə-tibbi ekspertizasına görə, Rüfət qaraciyərinin zədələnməsi nəticəsində yaranan kəskin qanitirmədən ölüb. Onun telefonuna baxış zamanı hadisə günü Güldanə Əhmədovaya 42 dəfə zəng etdiyi də müəyyənləşib. Təqsirləndirilən şəxs məhkəmədə özünü müdafiə etmək məqsədilə bıçaqdan istifadə etdiyini bildirsə də, məhkəmə onun əməlini qəsdən adam öldürmə kimi qiymətləndirib. Prokuror 11 il həbs cəzası istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2025-ci il aprelin 30-da çıxardığı hökmə əsasən, Əliəkbər Səmədli Cinayət Məcəlləsinin 120.1 və 228.4-cü maddələri ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 25 min
- Shown live: Sun 22 Nov 2026, 19:00 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=z5rc24HmcDo)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
