# “Maşınını, telefonunu göstərirsən, bundan bizə nə?!” - Dində və cəmiyyətdə uğur anlayışı fərqlidir?

Free with YouTube's ads, posted by Baku TV.

“Maşınını, telefonunu göstərirsən, bundan bizə nə?!” - Dində və cəmiyyətdə uğur anlayışı fərqlidir?

“Amin” verilişinin yeni buraxılışında aparıcı, filosof Müşfiq Ötgün və fəlsəfə doktoru Anar Qafarov cəmiyyətdə uğur anlayışı, fərdi nailiyyətlər və valideynlər qarşısında övlad məsuliyyəti barədə fikir mübadiləsi aparıblar. Müşfiq Ötgünün sözlərinə görə, bu gün bəzi insanlar şəxsi nailiyyətlərini nümayiş etdirməklə uğurlarını paylaşdıqlarını düşünsələr də, əsl uğur yalnız fərdi qazancdan ibarət olmamalıdır: “Bir adam yeni avtomobil alır, videosunu çəkir, açarı göstərir. Yaxud təzə telefonunun qutusundan çıxarılmasını lentə alır. Yaxşı, mən sənin sevincinə niyə şərik olmalıyam ki? Bu sənin fərdi uğurundur. Bundan cəmiyyətə nə? Əgər uğur gerçəkdən uğurdursa, o həm də insanlığa fayda verməlidir”. Fəlsəfə doktoru Anar Qafarov isə bəzi gənclərin valideynlərinə münasibətdə məsuliyyət anlayışından danışıb. O bildirib ki, insanın dünyaya gəlməyi öz seçimindən asılı olmasa da, var olmaq özü təşəkkür etməyə əsas verən böyük bir nemətdir: “Bəzən gənclər arasında belə bir tendensiya görürük. Deyirlər ki, valideynlərim mənim üçün müəyyən şeyləri etməyə məcburdur. Çünki onlara yalvarmamışam ki, məni dünyaya gətirsinlər. Mən də soruşuram: var olmaq yaxşıdır, yoxsa olmamaq? Bu dünya təcrübəsini yaşamaq yaxşıdır, yoxsa yaşamamaq? Deyirlər ki, əlbəttə, var olmaq yaxşıdır. Onda ən azından valideynlərinə var olduğun üçün təşəkkür etməli deyilsənmi? Var olmaq təşəkkür etməyi bizə borclu edir. İlk uğurumuz elə var olmağımızdır”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

“Maşınını, telefonunu göstərirsən, bundan bizə nə?!” - Dində və cəmiyyətdə uğur anlayışı fərqlidir?

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm #uğur #din #cəmiyyət #sərvət #dünyagörüşü #maddiyyat #təvazökarlıq #həyat #dəyərlər

baku…

- What it is: Recorded live
- Length: 35 min
- Shown live: Thu 5 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=we66NOihvwU)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
