# "Xəstəliyə görə evi satdı, amma..." | Böyrək xəstəliyindən əziyyət çəkən İlkin kömək gözləyir

Free with YouTube's ads, posted by Baku TV.

“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışının qonağı polikistoz böyrək xəstəliyindən əziyyət çəkən 33 yaşlı İlkin Məmmədli olub. Onun sözlərinə görə, atasından irsən keçən xəstəliyin ilk əlamətləri hərbi xidmətdə olarkən üzə çıxıb. Buna baxmayaraq, ailəsini dolandırmaq üçün uzun müddət ağır işlərdə çalışıb. Lakin zaman keçdikcə səhhəti daha da pisləşib. İlkin bildirib ki, vəziyyəti ağırlaşdıqca tez-tez ağrıkəsicilərdən istifadə etməli olub. “Vəziyyətim o qədər pisləşmişdi ki, ağrıkəsiciləri hər üç gündən bir vurdururdum. Bir gün yuxudan duranda gözlərim tutulmuşdu, heç nə görmürdüm. İndi görmə qabiliyyətim cəmi 1 faizdir”, – deyə o qeyd edib. Maddi çətinliklərlə də üzləşən İlkin həyat yoldaşı və iki yaşlı qızı ilə birlikdə kirayədə yaşayır. Ailənin kirayə xərclərini isə xadimə işləyən anası qarşılayır. O, atasının da eyni xəstəlikdən əziyyət çəkdiyini və bu səbəbdən onu erkən yaşda itirdiyini bildirib. İlkin ən böyük arzusunun sağalaraq yenidən işləmək və qızını böyütmək olduğunu deyib: “İstəmirəm mənim yaşadığımı qızım da yaşasın. Atamın bu xəstəlikdən necə əziyyət çəkdiyini görmüşəm. Mən, sadəcə, sağalmaq, işləmək, ailəmə baxmaq, uşağımın əlindən tutub məktəbə aparmaq istəyirəm”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 18 min
- Shown live: Sat 14 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=vHujL1vnrf4)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
