# 70 illik yubileyində dediyi sözlər gerçəyə çevrildi | Sənətkarın son ad günü necə keçdi?

Free with YouTube's ads, posted by Baku TV.

“Retro Baku” verilişinin yeni buraxılışı Azərbaycan teatr rejissoru, aktyoru və pedaqoqu Nəsir Sadıqzadənin həyat və yaradıcılığına həsr olunub. Sənətkarın tələbəsi, aktrisa İlqarə Tosova Nəsir Sadıqzadənin aktyorluq sənətinə yanaşmasından, tələbələrinə verdiyi tövsiyələrdən danışıb: “Deyirdi ki, aktyor olmaq üçün adamın birinci musiqi istedadı olmalıdır. Sonra o, çox zəhmətkeş olmalıdır. Məqsədyönlü fəaliyyəti olmalıdır. Sonra dayanırdı, xeyli gülümsəyirdi, başını qaldırıb deyirdi ki, bunların hamısı boş şeydir, adamın şansı olmalıdır”. Nəsir Sadıqzadənin tələbəsi, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov isə sənətkarın mənsub olduğu ailənin tarixindən, repressiyaların onun həyatına təsirindən danışıb. O, Nəsir Sadıqzadənin Qarabağın məşhur bəy nəslindən olduğunu, ailəsinin sovet repressiyalarına məruz qaldığını bildirib: “Nəsir müəllim Qarabağ bəylərinin nəslindəndir. Hətta onun Nəsir babasının evi sovetlər vaxtında Ağdamın Quzanlı kəndində peşə məktəbi idi. Mənsub olduğu ailə, bəy nəslindən olması onun həyatında çox böyük faciələr yaratdı. Əvvəlcə atası, Qarabağın məşhur bəylərindən olan Müseyid ağa, sonra anası sürgün edildi. Nəsir müəllim çox çətinliklər yaşadı”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 23 min
- Shown live: Sun 1 Nov 2026, 18:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=qpAF1gHem98)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
