# Peyğəmbərə sərt cavab verən qadına nə deyildi? - Hər kəsə bərabər yanaşmaq niyə ədalətli deyil?

Free with YouTube's ads, posted by Baku TV.

“Amin” verilişinin yeni buraxılışında ilahiyyatçı, fəlsəfə doktoru Qafqaz Əbdurahmanovla ədalət, zülm, insanın mənəvi keyfiyyətləri və əxlaqi məsuliyyəti müzakirə olunub. Söhbət zamanı ilahi ədalətin niyə hər zaman dərhal təcəlli etmədiyi, insanın özünü yaxşı hesab etməsinin onun həqiqətən ədalətli olması üçün kifayət edib-etmədiyi və heç kimin nəzarəti olmadığı şəraitdə vicdanlı davranmağın əhəmiyyəti diqqətə çatdırılıb. Q.Əbdurahmanov bildirib ki, ilahi ədalət insanların gözlədiyi kimi anında təcəlli etməyə bilər. Bu gecikmə də insan üçün bir imtahan vasitəsidir. İlahiyyatçı Nizamülmülkün “Küfr ilə bəlkə, amma zülm ilə abad olmaz məmləkət” kəlamını xatırladaraq zülmün heç bir cəmiyyət üçün xeyir gətirmədiyini vurğulayıb. Verilişdə İmam Qəzalinin ədalət anlayışına da toxunulub. Qonağın sözlərinə görə, ədalət zalımlıqla zülmə boyun əymək arasında tarazlıq yaratmaqdır. İnsan yalnız özünü yaxşı hesab etməklə kifayətlənməməli, davranışları ilə də bunu sübut etməlidir. İlahiyyatçı həmçinin ədalətlə bərabərlik arasındakı fərqi izah edib. Onun sözlərinə görə, ədalət hər kəsə eyni münasibəti göstərmək deyil, hər kəsə layiq olduğu münasibəti göstərməkdir. Mərhəmət və ədalət fərqli anlayışlar olsa da, hər ikisi islam əxlaqının mühüm prinsiplərindəndir.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #xəbərlər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 38 min
- Shown live: Thu 26 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=qoGZmM6QABA)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
