# "Varlı oğlan istəyirdim, amma qismət" | Məşhur kadrların qəhrəmanı 30 il sonra nələri etiraf etdi?

Free with YouTube's ads, posted by Baku TV.

“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışının qonağı illər əvvəlki toy görüntüləri ilə sosial şəbəkələrdə gündəm olan və məşhurlaşan Bənövşə Məmmədova olub. Veriliş zamanı o, həyatı, ailə qurması və üzləşdiyi çətinliklərlə bağlı səmimi etiraflar edib. Sosial şəbəkələrdə geniş müzakirə olunan arxiv görüntülərində 26 yaşında olduğunu deyən Bənövşə Məmmədova həmin dövrü xoş xatirələrlə xatırlayıb. Həyat yoldaşı ilə bacısının vasitəsilə tanış olduğunu bildirən Bənövşə xanım valideynlərinin bu evliliyə necə razılıq verdiyi barədə də danışıb: “Yetim oğlana ərə getdim. Nə atası var idi, nə anası. Atam mənim toyuma çox dəstək oldu, hətta bazara gedib bir dana alıb gətirdi ki, kömək olsun”. O, həyat yoldaşının valideynlərini erkən yaşda itirdiyini, buna baxmayaraq, ailə həyatından indiyədək çox məmnun olduğunu vurğulayıb. Həmçinin bildirib ki, həyat yoldaşı şirkətlərdən birində yük avtomobili sürücüsü işləyir. Gənclik illərində rəfiqələrinə hər zaman yaraşıqlı və imkanlı bir oğlanla ailə qurmaq istədiyini zarafatla söylədiyini etiraf edən Bənövşə xanım taleyin ona tam fərqli qismət yazdığını, lakin buna görə heç vaxt peşman olmadığını bildirib: “İstəyirdim ki, həm imkanı olsun, həm görkəmi. Amma əksinə oldu. İndi məmnunam həyatımdan. Gözəl qızım, yaraşıqlı oğlum var”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 17 min
- Shown live: Tue 17 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=qHFZwCYWiDw)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
