# “Valideyn dünyasını dəyişəndən sonra kimi itirdiyini anlayırsan” | 40 illik tamadanın həyat hekayəsi

Free with YouTube's ads, posted by Baku TV.

“O vaxtlar” verilişinin budəfəki qonağı Masallı sakini, 40 il toy məclislərində aparıcılıq etmiş Allahşükür Zeynalov olub. Allahşükür Zeynalov verilişdə Kolatan kəndindəki ata yurdundan, ailə xatirələrindən, keçmiş toy adətlərindən, həyatın mənasından və insan münasibətlərindəki dəyişikliklərdən danışıb. 40 il toy məclislərini idarə edən müsahib keçmişdə toyların öz qanun-qaydaları və adətləri olduğunu vurğulayıb, həmçinin pulun yerə səpilməsinə və cırılmasına qarşı sərt mövqeyini bölüşüb: “1992-ci ildə oğlumun toyunda yağış yağırdı, pullar yerə tökülür, palçığa, ayaqqabılara yapışırdı. Bu mənə çox pis təsir etdi, axı pul bərəkətdir. Başqa bir toyda isə bir nəfər əlindəki pulu tikə-tikə edib başqasının başına səpdi. Musiqini saxlatdım, dedim, o pulları yığ, cibinə qoy. Etiraz etdi, çıxartdım çölə, sonra pulu yığdırdım, dedim, bir kisə un al, kasıb qapısına qoy”. Müsahib əvvəlki dövrlərdə kənddə və qonşular arasında səmimiyyətin, yardımlaşmanın güclü olduğunu, lakin son illərdə bu doğmalığın azaldığını qeyd edib: “Keçmişdə qonşuların çəpəri belə olmazdı, hamı bir-birinin həyətinə girərdi, gecələr oturub söhbət edərdilər. İndi doğma qardaş qardaşı, bacı qardaşı axtarmır. Hətta elə hallar görmüşəm ki, övlad valideyninin nə dəfninə, nə də cümə axşamına gəlib, amma ehsan pulunu istəyib”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 26 min
- Shown live: Fri 20 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=ocMYh5wSV-s)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
