# “Bu dəqiqə qıraram bu qapını!” - Qatilin qandonduran əməlinin üstünü kim açdı? - KRİMİNAL

Free with YouTube's ads, posted by Baku TV.

Baku TV-də “Kriminal” adlı yeni veriliş yayımlanıb. İlk buraxılışda 2026-cı il martın 3-də Ramana qəsəbəsinin “Şuşa şəhərciyi”ndə baş verən qətl hadisəsindən bəhs olunub. Həmin gün saat 22:00 radələrində Sabunçu Rayon Prokurorluğuna 1980-ci il təvəllüdlü Zəfər Məmmədovun öldürülməsi barədə məlumat daxil olub. Cinayəti törətməkdə şübhəli bilinən, onunla birlikdə kirayədə yaşayan 1969-cu il təvəllüdlü Hüseyn Həsənov saxlanılıb. İstintaqla müəyyən edilib ki, martın 3-də saat 21:00 radələrində Hüseyn Həsənov tanışı Zəfər Məmmədovla birlikdə kirayədə yaşadıqları evdə spirtli içki qəbul edərkən sonuncunun özünü ondan üstün tutan danışıq və davranış tərzlərini qəbul etməyib. Bundan qəzəblənən Hüseyn Həsənov özünəməxsus məişət təyinatlı bıçaqla Zəfər Məmmədovun döş qəfəsinə və bədəninin digər nahiyələrinə ümumilikdə 29 dəfə zərbə endirib. Bu hərəkəti ilə Hüseyn Həsənov zərərçəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Hüseyn Həsənov bildirib ki, 2008-ci ildə də tanışı Bayram Bayramovu qətlə yetirib və bu cinayətə görə 15 il həbs cəzası çəkib. 2023-cü ildə azadlığa çıxıb, 2026-cı ilin yanvarından isə Zəfər Məmmədovla birlikdə kirayədə yaşayıb. Hüseyn Həsənovun sözlərinə görə, aralarında vaxtaşırı mübahisələr olub. Hadisə günü Zəfər Məmmədovun onu təhqir etməsindən qəzəblənərək yatdığı yerdə ona hücum edib. Hüseyn Həsənov 2026-cı il iyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasının ilk 3 ilini həbsxanada, qalan hissəsini xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 28 min
- Shown live: Fri 6 Nov 2026, 18:00 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=lF1FxQo9Wcc)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
