# "Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

Free with YouTube's ads, posted by Baku TV.

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

“Qapqara” verilişinin yeni buraxılışının qonağı aktrisa Günəş Mehdizadə olub. Sənətçi kino və teatr sahəsində açıq-saçıq səhnələrlə bağlı yanaşmasından danışaraq bu cür rolların aktrisanın gələcək karyerasına təsir göstərə biləcəyini bildirib: “İnsan bu sənətə təzə başlayanda, hələ portfoliosu olmayanda deyirlər ki, açıq səhnələrdə çəkil. Ancaq sonradan sanki üstünə bir damğa vurulur və səni yalnız həmin tipli səhnələrə çağırırlar. Belə hallar olub. Məncə, soyunmaq xatirinə soyunmaq olmamalıdır; bunun obrazda və xarakterdə real səbəbi olmalıdır”. Aktrisa bəzi ssenarilərdən məhz açıq səhnələr əsaslandırılmadığı üçün imtina etdiyini də qeyd edib: “Elə ssenarilər olub ki, imtina etmişəm. Baxıram ki, burada heç bir məntiqi səbəb yoxdur – obraz niyə soyunmalıdır? Mənə bunu əsaslandırmalıdırlar. Əgər heç bir səbəb yoxdursa, rejissor bunu sadəcə kadrda görmək istəyirsə, bağışlayın, amma mən bu layihədə yoxam”. Günəş Mehdizadə cəmiyyətdə qadınların uğurlarının bəzən hansısa kişinin dəstəyi ilə əlaqələndirilməsini haqsızlıq hesab etdiyini deyib. Aktrisa xüsusilə qadının avtomobil almasına münasibətdə bu yanaşmanın özünü göstərdiyini bildirib: “Bir qadını bahalı avtomobildə görəndə dərhal düşünürlər ki, bu maşını ona kimsə alıb. Niyə? Məgər qadın özü bunu əldə edə bilməz? Halbuki bunu bacaran xanımlarımız kifayət qədərdir. Əgər qadın köklü bir ailədəndirsə və avtomobili ona atası alıbsa belə, heç kəs atanın adını çəkmir; hamı yenə də “bunu ona kimsə alıb” deyə düşünür”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

"Qadın avtomobil alanda mütləq düşünürlər ki..." | "Bugünkü nəsil bizdən dünyaya daha açıqdır"

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm #qapqara #günəşmehdizadə

baku tv,baku tv xəbər,…

- What it is: Recorded live
- Length: 41 min
- Shown live: Mon 2 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=gIkK1uAdhKw)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
