# "Çox dedilər, yenidən evlən, razı olmadım" | Evdəki xatirələri gizlədən Novxanı sakini - O VAXTLAR

Free with YouTube's ads, posted by Baku TV.

“O vaxtlar” verilişinin budəfəki qonağı Novxanı sakini Rövşən İbrahimov olub. Rövşən İbrahimov verilişdə uşaqlıq illərindən, Novxanının qədim adət-ənənələrindən, keçmişin səmimi münasibətlərindən danışıb. Həyat yoldaşının vəfatından sonra yaşadığı çətin günlər, evdəki xatirələri və mütəmadi olaraq onun qəbrini ziyarət etməsindən söz açan Rövşən İbrahimov hisslərini bölüşüb: “Həyat yoldaşım rəhmətə gedəndən sonra evdə onun şəklini qoymamışam. Pis oluram, dözə bilmirəm. Hər dəfə mənə onun videosunu göstərəndə deyirəm ki, göstərməyin. Mən də gedəcəyəm yanına, amma hələ indi yox. Hələ nəvələrimə lazımam, onlara xeyrim dəyməlidir. Getmədiyim həftə yoxdur, hər zaman qəbrini ziyarət edirəm. Sağlığında da hər zaman ona dəstək olmağa çalışmışdım, xəstəliyə qalib gəlməsi üçün əlimdən gələni edirdim. İndi də ruhuna sadiq qalır, onunla mənəvi bağımı qoruyuram”. Həyat yoldaşının vəfatından sonra yenidən ailə qurmaq istəmədiyini və ömrünün qalan hissəsini övladlarına, nəvələrinə həsr etdiyini bildirən Rövşən İbrahimov bu qərarının səbəblərini də açıqlayıb: “Çox istədilər ki, yenidən evlənim, razılıq vermədim. Mən həyat təcrübəsində görmüşəm ki, ikinci həyat yoldaşları çox vaxt maddiyyat arxasınca gəlirlər. Amma o mənim sadəcə həyat yoldaşım yox, mənəviyyat yoldaşım olub. Onunla keçirdiyimiz illər, bir-birimizə olan sədaqət hər şeydən üstündür. Ömrümün qalan hissəsini uşaqlarıma, nəvələrimə və onun xatirəsinə sadiq qalaraq yaşayıram”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 19 min
- Shown live: Fri 6 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=fI0SUuGeuNg)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
