# "Mən o dibə düşməmişəm, çox şükür" | Müğənni finalda saçını niyə kəsmişdi? - QAPQARA

Free with YouTube's ads, posted by Baku TV.

“Qapqara” verilişinin yeni buraxılışının qonağı müğənni və aktyor Nadir Rüstəmli olub. Sənətçi uğursuzluq anlayışına münasibətini bölüşərək indiyədək həyatında ciddi çətinliklərlə üzləşmədiyini, əldə etdiyi imkanlara görə Allaha şükür etdiyini bildirib: “Uğursuzluq mənim üçün nəyisə etmək istəyib əldə edə bilməməkdir. Amma mən o dibə düşməmişəm, çox şükür. Çünki görmüşəm ki, insanlar necə diblərə düşür və oradan yavaş-yavaş qalxırlar. Mən o vəziyyəti yaşamamışam. Biznesdə müəyyən uğursuzluqlarım olub. İlk biznesim mənə insanları düzgün seçməyi, kimə güvənəcəyimi öyrətdi. İkinci biznesimdə isə başa düşdüm ki, bir işin uğurlu olması üçün onun üzərində dayanmaq, kifayət qədər bilik və təcrübəyə sahib olmaq lazımdır. Üçüncü biznesi də düşünürəm. Mənim üçün bunlar həyatın bir hissəsidir”. Nadir Rüstəmli ifaçı ilə sənətkar arasındakı fərqdən danışaraq özünə sənətkar demədiyini, bu adın insanlar tərəfindən verilməli olduğunu qeyd edib. O, musiqi bazarında istedadla yanaşı, düzgün marketinqin və sosial şəbəkələrdən istifadənin də mühüm rol oynadığını vurğulayıb: “Mən özümə sənətkar yox, sənətçi deyirəm. Mənə sənətkar deyənlər var, qoy elə axıra qədər də onlar desinlər. Düşünürəm ki, sənətçini sənətkar edən xalqdır, insanlardır. O qədər müğənnilər, aktyorlar var ki, özlərinə sənətkar deyirlər. Amma mən özümə bunu demirəm. İstedadlı insanların üzə çıxması üçün sosial şəbəkələri düzgün idarə etməsi çox vacibdir. Bu gün gözəl səsə sahib olan bir müğənninin tanınması bəzən düzgün marketinq hesabına tanınan insandan daha çətin olur”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 39 min
- Shown live: Mon 23 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=dbwK4AvUIO0)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
