# "Mən səhnəni sevirəm, teatrın binasını yox" | Ziya Ağadan teatr sisteminə açıq tənqid - QAPQARA

Free with YouTube's ads, posted by Baku TV.

“Qapqara” verilişinin yeni buraxılışının qonağı aktyor Ziya Ağa olub. Teatrın “müqəddəs məkan” kimi təqdim olunmasına etiraz edən Ziya Ağa bunun arxasında gizlənən eqoizmi və daxili intriqaları tənqid edib: “Teatr müqəddəs deyil, mənim üçün müqəddəs olan ailədir. Deyirlər ki, mən teatrın tozunu udmuşam. Nə edim, udmayaydın. Əgər bir elektrik ustası və ya çəkməçi öz işini sevgi ilə görüb insanlara fayda verirsə, onun da işi müqəddəsdir. Ona görə də müqəddəsliyi bu qədər cılızlaşdırmaq olmaz, öz işimizi də bu qədər böyütməməliyik. Bu müqəddəsliyin arxasında çoxlu çirkinliklər və problemlər gizlənir. Dünyada bu qədər haqsızlıqlar baş verərkən insanların mədəni istirahət yeri olan teatrda problem yaratmaq eqoistlikdir”. Sənətçi tamaşaçıların teatra məcburi şəkildə gətirilməsi ilə bilet alıb gələn real auditoriya arasındakı fərqdən və gənc nəsli teatra qaytarmaq strategiyasından söz açıb: “Əsl tamaşaçı səni görmək və izləmək üçün bilet alıb gələn insandır. Zorla, müdirinin tapşırığı ilə gətirilən tamaşaçı isə sadəcə zəhmətinə görə əl çalır. Teatrın əvvəlki tamaşaçısı ölüb gedib, yəni insanları teatrdan uzaqlaşdırıblar. Biz onları yenidən qaytarmağa çalışırıq. Strategiyam budur ki, əvvəlcə gənclərin oxuduğu və sevdiyi “Dorian Qreyin portreti”, “Ovod”, “Xaç atası” kimi romanları səhnələşdirərək auditoriyanı teatra cəlb edək, daha sonra isə onları Şekspir və Çexov dramaturgiyasına öyrəşdirək. Mənim tamaşaçılarımın 90 faizi gənclərdir, çünki növbəti 30 ilin tamaşaçısı məhz onlardır”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 33 min
- Shown live: Mon 16 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=bPMs9kLoBvY)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
