# Bu şəhərdə tələbələr kirayəni belə ödəyir | “Oktoberfest”də ofisiantlar nə qədər qazanır?

Free with YouTube's ads, posted by Baku TV.

“Oralarda necədir?” rubrikasının yeni buraxılışında Bakıdan 3131 kilometr məsafədə, İzar çayının sahilində yerləşən Almaniyanın Münxen şəhərindən bəhs edilib. Bu şəhər 1810-cu ildən keçirilən dünyaca məşhur “Oktoberfest” pivə festivalı ilə tanınır. Münxendə elə bütün Almaniyada olduğu kimi, dünyaya övlad gətirmək havayıdır. Bir yaşından sonra uşaqlar kiçik özəl bağçalara gedə bilərlər. Uşağı tək böyüdən və gəliri az olan analar bağçaya pul vermirlər, dövlət belə hallar üçün müavinət ayırır. Məktəblərdə şagirdlər dördüncü sinfə qədər eyni sistemdə təhsil alırlar. Daha sonra bacarıqlarına uyğun istiqamətlərə yönləndirilirlər. Almaniyada dövlət universitetlərində təhsil pulsuzdur, qəbul üçün imtahanlar keçirilmir. Tələbələr dərs cədvəllərini özləri planlaşdırırlar. Yataqxanalarda yer tapmayanlar yaşlı insanların evində qalaraq ev işlərində kömək edə bilərlər. Münxen dünyaca məşhur “Oktoberfest” pivə festivalı ilə ad qazanıb. Dünyanın müxtəlif yerlərindən gələn milyonlarla turist bu bayrama qatılır. Adi ofisiantın bu zaman kəsiyi ərzində qazancını demək yetərlidir ki, bu festivalın necə sərfəli olduğu aydınlaşsın. Bu məbləğ 10 000 avro (18 953 manat) civarındadır. Burada həmçinin cütlüklər uzun illər rəsmi nikah olmadan birlikdə yaşaya bilirlər. Bunun səbəblərindən biri boşanma prosesinin mürəkkəbliyidir. Boşanmaq istəyənlər bir il ayrı yaşamalıdırlar.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 13 min
- Shown live: Wed 18 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=Y6z0jBMomOA)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
