# 300 min pul xərclədi, hər şeyini satdı, amma... | Vüsalə 4 ildir həyat yoldaşının səsinə həsrətdir

Free with YouTube's ads, posted by Baku TV.

“Arzunun vaxtı” verilişinin budəfəki buraxılışının qonağı Vüsalə Xudiyeva həyat yoldaşının dörd ildir davam edən müalicə prosesi və ailənin yaşadığı çətinliklərdən danışıb. Onun sözlərinə görə, dörd il əvvəl iftar süfrəsindən sonra həyat yoldaşı Əzizin səhhəti qəfil pisləşib. Həmin gündən etibarən o, danışmaq və hərəkət etmək qabiliyyətini itirib. “Başının sancdığını dedi. Bir qədər sonra gözlərinin tavana zilləndiyini gördüm. Çağırırdım, amma cavab vermirdi. Bir saniyənin içində əvvəlki Əziz yoxa çıxmışdı”, – Vüsalə Xudiyeva söyləyib. O bildirib ki, həyat yoldaşının müalicəsi üçün indiyədək 300 min manatdan çox vəsait xərcləyiblər. Hazırda kirayədə yaşayan ailə bütün imkanlarını Əzizin sağlamlığına qovuşmasına yönəldib. “Dörd ildir Əzizin səsini eşitmirik. Bir kəlmə danışması üçün dünyaları verərik. Ən böyük arzum onun yenidən danışmasıdır”, – deyə Vüsalə Xudiyeva vurğulayıb. O əlavə edib ki, hazırda Əzizə fizioterapiya və loqoped dəstəyi lazımdır. Həkimlər mütəmadi məşğələlərlə danışıq qabiliyyətinin bərpası ehtimalının olduğunu bildiriblər.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 18 min
- Shown live: Sat 21 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=UN1PZRzp7vA)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
