# "Mən bilmirəm, atam-anam kim olub" | Bu kənddə qapılar niyə bağlı qalmır? - KƏNDİNƏ QAYIT

Free with YouTube's ads, posted by Baku TV.

“Kəndinə qayıt” verilişinin yeni buraxılışında Şamaxı rayonunun dağlıq ərazisində yerləşən Qaleybuğurd kəndinə səfər edilib. Şamaxı şəhərindən təxminən 20 kilometr, Bakıdan isə 140 kilometr məsafədə yerləşən kənd Ağsu çayının sahilində, Niyaldağ silsiləsinin ətəyində yerləşir. Kənddə ümumilikdə 120 ev var. Onların təxminən 80-də yaşayış mövcuddur. Qaleybuğurdun diqqətçəkən məkanlarından biri 1930-cu illərdən fəaliyyət göstərən köhnə məktəb binasıdır. Hazırda kənddə üç məktəb binası olsa da, şagirdlərin sayı əvvəlki illərlə müqayisədə xeyli azalıb. Məktəbin direktoru bildirir ki, 1985-ci ildə burada 218 şagird təhsil alırdısa, hazırda bu rəqəm təxminən 60-dır. Kəndin tarixi və turizm əhəmiyyətini artıran əsas məkanlardan biri isə Buğurd qalasıdır. Arxeoloji araşdırmalar qalanın ərazisində XI–XIII əsrlərdə yaşayış olduğunu göstərir. Təxminən 17 hektar ərazini əhatə edən qala-şəhərdə vaxtilə 30 minə yaxın insanın yaşadığı ehtimal edilir. Tarixi mənbələrdə qalanın adına XV əsrin sonlarından etibarən rast gəlinir. Kəndin diqqətçəkən xüsusiyyətlərindən biri də sakinlər arasında hökm sürən qarşılıqlı etimaddır. Onların sözlərinə görə, burada oğurluq halları demək olar ki, qeydə alınmır, evlərin çoxunun qapısı isə kilidlənmir. Bəzi ailələr soyuq aylarda Bakıya köçür, yazda isə yenidən doğma kəndlərinə qayıdırlar.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 29 min
- Shown live: Sun 15 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=HaZ06o2CLbc)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
