# "Telefonundakı səslərdən başa düşdük ki..." | Yuxuda şəhidin tabutunu gördü, səhəri gün...

Free with YouTube's ads, posted by Baku TV.

Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Bilal Qənbərov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və yaxınları onunla bağlı xatirələrini bölüşüblər. Şəhidin dostu Fərid Həsənov Bilalın ən böyük arzularından birinin Şuşaya bayraq sancmaq olduğunu bildirib: “Hadrutda ayağından yaralanmışdı, yeriyə bilmirdi. Ona ordumuzun da, dövlətimizin də güclü olduğunu, bu vəziyyətdə döyüşü davam etdirməsinə ehtiyac olmadığını dedim. Amma Bilal “yox, bir şey qalmayıb. Şuşaya bayraq sancıb qayıdacağam” dedi”. O bildirib ki, müharibədən qayıdandan sonra ilk Bilalın ailəsini ziyarət edib. “Bilalın anası ilə öz anamdan daha çox danışıram. Onu yaşada bilmədik, Bilal ən böyük zirvəyə ucaldı. Qızından Bilalın ətrini duyanda düşündüm ki, onun ruhu qızının bədənində yaşayır”, – deyə Fərid Həsənov əlavə edib. Şəhidin əmisinin həyat yoldaşı Fatma Qənbərova isə Bilalın şəhid olması xəbərini eşitməzdən əvvəl gördüyü yuxudan bəhs edib: “Yuxuda gördüm ki, kimsə piano çalır, mən də onun yanında dayanmışam. Sonra kimsə mənə dedi ki, piano çalmasınlar, şəhid gəlir. Arxaya baxanda bayrağa bükülmüş tabut gördüm. Səhəri gün isə bu xəbəri eşitdim”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 16 min
- Shown live: Wed 4 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=Foi7CsjSW7E)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
