# “Ermənilər bilsəydi, çoxdan dağıtmışdı” | Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var?

Free with YouTube's ads, posted by Baku TV.

Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də hər küçəsində, hər daşında tarix yaşadan qədim şəhərdir. Onun tarixi ilə bağlı elə maraqlı faktlar var ki, hətta bir çox şuşalılar belə bunlardan xəbərsizdir. Qədim Şuşa bələdçisi Elçin Ağayev şəhərin tarixindən danışarkən qala divarlarının inşasından, qədim adət-ənənələrdən və bu günə qədər gəlib çatan tarixi məkanlardan bəhs edib. Elçin Ağayev Şuşanın qədim qəbiristanlıqlarından birində az bilinən tarixi məqamın olduğunu bildirib. Onun sözlərinə görə, Yuxarı Gövhər ağa məscidinin yaxınlığındakı kiçik qəbiristanlıqda dəfn olunanların bir qismi 1905-ci il hadisələrinin qurbanlarıdır: “Bu kiçik qəbiristanlıqda gördüyünüz qəbirlərin üçü vaxtilə Yuxarı Gövhər ağa məscidində xidmət etmiş axundlara aiddir. Yerdə qalan qəbirlər isə 1905-ci ildə erməni-müsəlman qarşıdurmasında həlak olmuş Şuşa bəylərinindir. Bu, çoxlarının, hətta şuşalıların böyük əksəriyyətinin bilmədiyi faktdır”. Şuşanın tarixi ilə bağlı maraqlı məqamlardan biri də məşhur “Süleymani” rəqsinin yaranma hekayəsidir. Elçin Ağayevin sözlərinə görə, bu rəqsin yaranması Qarabağ xanı İbrahimxəlil xanın ailəsi ilə bağlıdır: “İbrahimxəlil xanın səkkizinci oğlunun adı Süleyman olub. Onun dörd yaşı tamam olanda ad günü məclisi keçirilib. Xan musiqiçilərdən xahiş edib ki, oğlunun şərəfinə bir musiqi bəstələsinlər. Özü də həmin musiqinin sədaları altında oynamaq istəyib. Məşhur “Süleymani” rəqsi məhz belə bəstələnib”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 25 min
- Shown live: Sun 8 Nov 2026, 18:00 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=9yIo14T0wKo)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
