# “Ölüm qorxusu insanı günaha sövq edə bilər” | “İnsan həyatı yaşamaq əvəzinə təxirə salır” - AMİN

Free with YouTube's ads, posted by Baku TV.

“Amin” verilişinin yeni buraxılışında ilahiyyatçı Qadir Səfərov ilə dində ölümün xatırlanmasının əhəmiyyəti müzakirə olunub. Onun sözlərinə görə, insan həyatı yalnız gündəlik tələbatların ödənilməsindən ibarət deyil. İnsanın mənəvi tərəfi də var və axirətə hazırlaşmaq onun mənəvi məsuliyyətidir: “İnsan ölümü xatırlamamaqla, əslində, məsuliyyətdən qaçır. Bu, yaxşı işlər görməmək üçün bəhanəyə çevrilir. Ölüm bizə həyatın dəyərini və mənasını başa salır. İslam düşüncəsində uzun ömürdən daha çox insanın necə yaşadığı önəmlidir. Əgər insan yaşadığı həyata məna verə bilmirsə, uzun ömrün nə faydası var?! Ölümün mövcudluğu bizə vaxtımızı dəyərləndirməyi öyrədir. Əks halda zamanımızı boş yerə keçirərik”. Q.Səfərov həmçinin ölümün insanı dünya qayğılarına həddindən artıq bağlanmaqdan çəkindirdiyini bildirib. Onun sözlərinə görə, insanlar bəzən gələcək naminə bu günü yaşamağı təxirə salır, sonsuz istəklərin arxasınca qaçırlar: “Bəzən insanlar o qədər dünya işləri ilə məşğul olurlar ki, həyatı yaşamaq əvəzinə onu gələcək üçün təxirə salırlar. Məsələn, ailələri ilə vaxt keçirmirlər, düşünürlər ki, əvvəlcə uşaqları üçün müəyyən işləri görsünlər, sonra vaxt ayırarlar. İnsan düşünür ki, əvvəlcə malı, dövləti artsın, sonra başqalarına kömək edər, ibadətlərini yerinə yetirər. Sanki əbədi yaşayacağını zənn edir. Halbuki hər bir insanın kəfəni hansısa parça mağazasının rəfindədir. Ölümü xatırlamaq bizi həyata qaytarır. Çünki çox vaxt yaşamaq əvəzinə daimi istehlakla məşğul oluruq. Bu isə həqiqi həyat deyil”.

Bizi WhatsApp-da izləyin https://whatsapp.com/channel/0029VaAm2De3gvWVyPJ5zu1E

https://t.me/bakutvxeber https://x.com/bakutvofficial https://www.instagram.com/baku.tv https://www.baku.tv

❂❂❂❂❂

2026 © All Rights Reserved ℗ "Baku TV" LLC ™

#bakutv #bakutvxəbər #gündəm

baku tv,baku tv xəbər, aktual xəbər, Azərbaycan xəbərləri, xəbər, baku tv canlı, gündəm, son dəqiqə, xəbər, Azərbaycanda son xəbərlər, Azərbaycan

- What it is: Recorded live
- Length: 36 min
- Shown live: Thu 19 Nov 2026, 16:30 UTC
- Rights holder: [Baku.TV](https://baku.tv/) (its site links the channel: https://baku.tv/)
- Channel: [Baku TV](https://www.youtube.com/channel/UCINwqO8Scgq___xJAVjfn7g)
- Plays: Wherever YouTube plays: its rights holder sets no limit
- Who can watch here: Adult profiles and older (no rating is recorded on YouTube, so adults only)
- Made for kids: No, as YouTube designates it
- On YouTube: [Watch on YouTube](https://www.youtube.com/watch?v=6ihh9s6rmdI)

It plays in YouTube's embedded player on its page here, loaded only when Play is pressed; YouTube's Terms of Service (https://www.youtube.com/t/terms) and Google's Privacy Policy (https://policies.google.com/privacy) apply to it.
