# Umberto Eco - Sıfır Sayı | SƏSLİ KİTAB #83

An episode of [SƏSLİ KİTAB](https://invisiblenetwork.ai/podcast/1601646037), 25 Feb 2022, 7:38.

Audio: https://dts.podtrac.com/redirect.mp3/api.spreaker.com/download/episode/48724096/dan_an_kitab_raqif_raufo_lunun_t_qdimat_nda_s_f_r_say_umberto_eco.mp3

Umberto Eko “Sıfır sayı” əsərində İtaliyanın son illərdəki tarixini gözdən keçirir. Bu əsərdə oxucular “Gladio” adlı gizli təşkilatdan, Roma papasının qətlə yetirilməsindən, hökumət çevrilişlərindən, terror təşkilatlarıyla xüsusi xidmət orqanları arasındakı müəmmalı əlaqələrdən xəbərdar olacaqlar. Umberto Eko bu əsərdə İtaliyanı idarə etmiş faşist hakimiyyətini dərindən araşdırır və mövzunu Mussolininin üzərində qurur. Yazıçı 1992-ci il İtaliyası ilə Mussolini İtaliyası arasında müqayisələr aparmaqla yanaşı, pis jurnalistliyin insanları necə bir fəlakətə sürükləyə biləcəyini də incə detallarla oxucuya izah edir. “Sıfır sayı” əsəri bir çox dolaşıq və müəmmalı hadisələri bir yerə toplayaraq İtaliyanın son əlliillik tarixi haqqında oxucuda fikir yaradır. Bu gün vicdanlı jurnalistliyin əhəmiyyətini dərk etmək istə­yənlər, xalqın xəbərləri olduğu kimi deyil, müəyyən adamların istədiyi kimi almasının bir ölkənin taleyini necə dəyişdirdiyini görmək istəyənlər Umberto Ekonun “Sıfır sayı” əsərini mütləq oxumalıdırlar.

Shows are listed from Apple Podcasts' charts and directory, and Podcast Index where it is used. Every show and episode belongs to its publisher and plays from the publisher's own feed; this site hosts none of them.
